Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Vətən müharibəsi şəhidimizin doğum günündə məzarı və ailəsi ziyarət edildi

0

  •             09.05.2022-ci il tarixdə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri
    ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev, Xocalı
    rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəliyinin əməkdaşları, Xocalı
    rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, YAP Xocalı rayon
    təşkilatının Gəncə şəhəri Yeni qəsəbə-2 üzrə ərazi partiya təşkilatının
    fəalları, təhsil müəssisələrinin rəhbərləri tərəfindən Bərdə
    rayonu Şirvanlı kənd qəbiristanlığında dəfn edilmiş Vətən
    müharibəsi şəhidi Ramazanlı Əlizamin Umud oğlunun cənnətdəki ikinci mövlud günü
    ilə əlaqədar şəhidimizin məzarı ziyarət edildi. Şəhidimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq məzarına tər güllər düzüldü, ruhuna dualar oxundu.Şəhidimizin valideynləri
    ilə söhbət zamanı Şanlı Zəfər tarixinə adını qızıl hərflərlə yazdıran Əlizamin Ramazanlının keçdiyi şərəfli döyüş yolundan bəhs olundu. Onun
    xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağı və şəhidlərimizi yad
    etməyin hər birimizin borcu olduğu vurğulandı.

    Sonra Fövqəladə Hallar
    Nazirliyi işçilərinin Həmkarlar İttifaqının
    təşkilatçılğı və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Beynəlxalq Qadınlar Günü
    münasibətilə 44 günlük Vətən müharibəsində canlarını Vətən uğrunda fəda vermiş
    şəhidlərin analarının adına həyata keçirilmiş ağacəkmə aksiyasının ianə
    sertifikatı şəhidimizin anası Adilə xanıma təqdim edildi.

    Qeyd edək ki, əslən Xocalı rayonunun Kosalar kəndindən
    olan Əlizamin Ramazanlı 2000-ci il mayın
    9-da Bərdə rayonu Şirvanlı kəndində anadan olub. Əlizamin 2006-cı ildə
    Şuşa rayon 19 nömrəli tam orta məktəbinin 1 sinfinə gedib, 2017-ci ildə həmin
    məktəbi bitirib. O, 2017-ci ilin iyulunda Sərhəd qoşunlarında hərbi xidmətə başlayıb,
    2019-cu il yanvarında hərbidən tərxis olunub. Evin tək oğlu olan
    Əlizamin 2020-ci il fevralın 13-də Sərhəd Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmətə yazılaraq kəşfiyyatçı gizir kimi fəaliyyətini davam etdirib.  

    Vətən Müharibəsi başladığı gündən qisas hissi ilə vuruşan Əlizamin
    Ramazanlı Murovdağ silsiləsinin alınması uğrunda döyüşlərdə iştirak edib,
    Kəlbəcər tərəfdə kəşfiyyat əməliyyatlarında ön sıralarda olub. Sonra Füzuli
    istiqamətində döyüşlərə qatılıb. Xocalıya, Kosalar kəndinə bayrağımızı
    sancacağam deyən igid döyüşçümüz oktyabr ayının 9-u Hadrut uğrunda
    döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

    Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən,
    döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirmiş
    Ramazanlı Əlizamin Umud oğlu ölümündən sonra  “Vətən
    uğrunda”, “Xocavəndin azad olunmasına görə” və  “Döyüşdə
    fərqlənməyə görə” medalları ilə təltif edilib.

        Ruhu şad olsun! 

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib41 dəfə
    Vətən müharibəsi şəhidimizin doğum günündə məzarı ailəsi ziyarət edildi

    Maraqlı gələ bilər
    389
    5
    46
    55